Lokatelli "Yuventus"da qalacaq

"Yuventus"un futbolçusu Manuel Lokatelli klubla yeni müqavilə imzalayacaq.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Nikola Şıkira məlumat yayıb.

28 yaşlı yarımmüdafiəçinin hazırki sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, M.Lokatelli cari mövsüm meydana çıxdığı 37 matçda 3 qol, 2 asistlə yadda qalıb.