"Lokomotiv" və "Azəryol"un rəqibləri müəyyənləşdi
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının və CEV Kubokunun növbəti mərhələsinin püşkü atılıb. SportLine.az xəbər verir ki, yarışlarda Azərbaycanı təmsil edən komandaların də rəqibləri bəlli olub.
Çempionlar Liqasında yarışan "Lokomotiv" 1/6 finalda Nataliya Məmmədovanın şərəfini qoruduğu "Valero" (İsveçrə) komandası ilə qarşılaşacaq.
CEV Kubokunun "Çelenc raund"unda isə "Azəryol" "Novara" (İtaliya) ilə üz-üzə gələcək.
Çempionlar Liqası, 1/6 final
9-11 fevral/23-25 fevral
1. “Vakıfbank” (Türkiyə) - “Əczaçıbaşı” (Türkiyə)
2. “Lokomotiv” (Azərbaycan) - “Volero” (İsveçrə)
3. "Ximik" (Polşa) - “Fənərbaxça” (Türkiyə)
4. “Dresdner” (Almaniya) - “Dinamo” (Moskva, Rusiya)
5. “Uraloçka” (Rusiya) - “Dinamo” (Kazan, Rusiya)
6. “Atom” (Polşa) - “Pyaçentsa” (İtaliya)
1/3 final
8-10 mart/22-24 mart
7. 1-ci cütün qalibi – 2-ci cütün qalibi
8. 3-cü cütün qalibi – 4-cü cütün qalibi
9. 5-ci cütün qalibi – 6-cı cütün qalibi
“Dördlər finalı”
9-10 aprel
9-cu cütün qalibi - “Kasalmaqqiore” (İtaliya)
7-ci cütün qalibi - 8-ci cütün qalibi
CEV Kuboku, "Çelenc raund"
1. “Qalatasaray” (Türkiyə) - “İmpel” (Polşa)
2. “Şveriner” (Almaniya) / “Ximik” (Ukrayna) cütünün qalibi – “Alba” (Rumıniya)
3. “Dinamo” (Krasnodar, Rusiya) / “Ştiinta” (Rumıniya) cütünün qalibi - “Ştutqart” (Almaniya)
4. “Azəryol” (Azərbaycan) - “Novara” (İtaliya)
1/2 final
5. 1-ci cütün qalibi – 2-ci cütün qalibi
6. 3-cü cütün qalibi – 4-cü cütün qalibi
Final
5-ci cütün qalibi – 6-cı cütün qalibi