"Lokomotiv"in sabiq hücumçusu pencək oğurlayarkən saxlanıldı

Moskva "Lokomotiv"inin sabiq hücumçusu Harri Okonnor pencək oğurladığına görə cəzalandırılıb. Sportline.az sportbox.ru-ya istinadən xəbər verir ki, Edinburq məhkəməsi onu bu əməlinə görə, 900 funt məğbləğində cərimələyib. Qeyd edək ki, Okonnorun son iş yeri "Selkirk" klubu olub. Hazırda işsiz olan futbolçu bu addımı maddi sıxıntıdan atdığını bildirib.