London klubu “Barselona”ya elçi düşüb

"Çelsi" "Barselona"nın yarımmüdafiəçisi Fermin Lopezi heyətinə qatmaqda israrlıdır.

Sportline.az xəbər verir ki, "zadəganlar" bu keçid üçün 60 milyon avro təklif etməyi planlaşdırır.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, F.Lopez cari mövsüm meydana çıxdığı 15 matçda 7 qol, 4 asistlə yadda qalıb.