London klubu yeni qapıçı axtarışındadır
“Tottenhem” qapıçı axtarışındadır, əsas hədəf isə Mark Andre ter Ştegendir.
Sportline.az xəbər verir ki, “Tottenhem Hotspur” gələcək yanvar transfer pəncərəsinə böyük dəyişiklikləri nəzərdə tutaraq hazırlaşır.
"Team Talk"un yaydığı məlumata görə, baş məşqçi Tomas Frank hazırkı bir nömrə Qulyelmo Vikarionun forması ilə bağlı artan narahatlıqlar səbəbindən qapıçı mövqeyini gücləndirməyə üstünlük verir.
“Tottenhem” “Barselona”nın 33 yaşlı alman qapıçısı Mark-Andr Ter Ştegeni yüksək profilli seçim kimi izləyir.
Ter Ştegen bu həftə Kral kubokunda "Qvadalaxara"ya qarşı start heyətdə çıxış edərək mövsümdə ilk oyununu oynayıb.