Londonun qırmızı tərəfinə keçə bilər
“Çelsi”nin fransalı futbolçusu Kristofer Nkunku yanvar ayında klubdan ayrıla bilər.
Sportline.az “Caught Offside” nəşrinə istinadən xəbər verir ki, “Arsenal” Nkunkunu transfer etmək üçün hərəkətə keçib.
“Çelsi” 27 yaşlı futbolçu üçün 60 milyon avro tələb edir.
Qeyd edək ki, Nkunku cari mövsüm çıxış etdiyi 27 matçda 12 qol və 4 asistlə yadda qalıb.