Luçeskunun vəziyyəti pisləşib
Rumıniya millisinin baş məşqçisi Mirça Luçeskunun yerləşdirildiyi xəstəxanada vəziyyəti ağırlaşıb.
Sportline.az xəbər verir ki, 80 yaşlı mütəxəssisin 2025-ci ilin sonunda ürəyində yaranan problemlər soyuqdəymə nəticəsində daha da kəskinləşib.
Məlumata görə, səhhətindəki problemlər səbəbindən Luçesku Rumıniya klublarının Antalyadakı təlim-məşq toplanışını buraxmalı olub.
Qeyd edək ki, M.Luçesku 2024-cü ildən Rumıniya millisini çalışdırır.