Luis Enrike: "Ən vacib oyunumuza çıxacağıq"

"Məqsədimiz, qrupu lider kimi bitirməkdir. Buna görə, bizi yalnız qələbə qane edəcək". SportLine.az xəbər verir ki, bu sözləri "Barselona" klubunun baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 5-ci turunda "Roma" ilə keçiriləcək oyundan əvvəl deyib. Həftəsonu Madrid səfərindən parlaq qələbə ilə dönən komandasında əhval-ruhiyyənin yüksək olduğunu deyən mütəxəssis, "Güman edirəm ki, hazırkı ab-hava qələbə qazanmağımıza kömək olacaq", - deyə bildirib.

"Roma" ilə keçiriləcək matçı qrupun ən vacib oyunu adlandıran Enrike, "Bu görüşdən sonra qrupda bir çox suallara aydınlıq gələcək. Çalışacağıq, liderliyi bu tur təmin edək", - deyə sözlərinə əlavə edib. 

Baş məşqçi, həmçinin, Messini yenidən meydanda gördüyü üçün şad olduğunu dilə gətirib.

Qeyd edək ki, "Barselona" - "Roma" qarşılaşmanın start fiti sabah saat 23:45-də səslənəcək.