Luiş Fiqodan Messiyə böyük tərif: “Portuqaliyalı olsaydı, ən azı bir Dünya kuboku qazanardıq”

Portuqaliya millisinin sabiq futbolçusu Luiş Fiqo Dünya futbolunun ən yaxşı oyunçusu kimi Lionel Messini göstərib.

Sportline.az xəbər verir ki,“Fox Sports”a danışan Fiqo argentinalı superulduz barədə bunları deyib:

“Messi tarixin ən yaxşı futbolçusudur. Əgər o, portuqaliyalı olsaydı, biz artıq çoxdan ən azı bir Dünya kubokunu qazanmış olardıq.”

Qeyd edək ki, Messi karyerası ərzində 2022-ci ildə Dünya çempionluğunu qazanaraq futbol tarixinin ən böyük nailiyyətlərindən birinə imza atıb. Fiqonun bu fikirləri isə futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Bundan əlavə Fiqo Messinin futbol tarixindəki yerinin xüsusi olduğunu vurğulayaraq onu bütün dövrlərin ən yaxşı oyunçusu adlandırıb.

Banner