Luiz Diaz getsə, Rodriqo gələcək

"Liverpul" kolumbiyalı futbolçusu Luiz Diazı satıb yerinə, "Real"dan Rodriqonu transfer etməyə çalışır.

Sportline.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, Diazı "Bavariya" transfer etmək istəyir.

Münhen klubu bu keçid üçün qarşı tərəfə 70 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Liverpul"da Rodriqo üçün 90 milyon avro təklif edib. Lakin son qərarı futbolçunun özü verəcək.