Luiz Enrike Brahim Diazı müdafiə etdi
PSJ-nin baş məşqçisi Luis Enrike Afrika Millətlər Kubokunun finalında Seneqal qarşısında Brahim Diazın qaçırdığı "Panenka" penaltisi haqqında danışıb.
Sportline.az xəbər verir ki, ispan məşqçi bunları deyib:
“Bu barədə bu gün avtobusda danışdıq. Xatırlayıram, Zidan, futbolda bir ilah, Dünya Kuboku zamanı bunu etmişdi,” Enrike bildirib.
“Müvəffəqiyyətli olduqda hamı alqışlayır, alınmadıqda isə çox tənqid olunur. Mən Brahimi tanıyıram: o, möhtəşəm və istedadlı bir futbolçudur. İndiki vəziyyət çox ədalətsizdir. Bu, sadəcə idmandır, o, pis bir insan deyil,” Enrike əlavə edib.