Luk Şou məşqlərə başlayıb
“Mançester Yunayted”in ingiltərəli futbolçusu Luk Şou məşqlərə başladığı bildirilir.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu bu gün 4 ay sonra ilk dəfə məşqdə iştirak edib.
Ruben Amorim təcrübəli futbolçunun klubda qalmasını rəhbərlikdən tələb edib.
Luk Şounun dekabr ayında yaşıl meydanlara qayıdacağı gözlənilir.
Qeyd edək ki, Luk Şou son matçını AVRO-2024-ün finalında İspaniya millisinə qarşı keçirmişdi.