Luka Yoviçin durumu açıqlandı

Madrid "Real"ının hücumçusu Luka Yoviçin vəziyyəti ciddidir.

Sportline.az xəbər verir ki, evində məşq zamanı ayağından zədələnən serbiyalı futbolçu, 3 aya qədər məşq edə bilməyək.

23 yaşlı forvardın ayağında qırıq aşkarlanıb.

Qeyd edək ki, ötən ilin yayında Frankfurt “Aytraxt”ından “Real”a keçən Yoviç bu mövsüm 24 oyuna 2 qol vurub, 2 qol ötürməsi edib.