Lukaku yayda gedəcək

"Napoli"nin forvardı Romelu Lukaku yayda klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, bu haqda "Calciomercato" nəşri məlumat yayıb.

32 yaşlı hücumçunun klubla sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, "Napoli" belçikalı futbolçunun müqaviləsinə xitam verəcək.