Lukas Vazkes Almaniya klubuna transfer olub
"Real"dan ayrılan Lukas Vaskesin yeni komandası müəyyənləşib.
Sportline.az xəbər verir ki, ispaniyalı futbolçu karyerasını Almaniya Bundesliqasında davam etdirəcək. Vaskes "Bayer"lə razılığa gəlib. Bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.
34 yaşlı sağ cinah müdafiəçisi Leverkuzen təmsilçisi ilə 2027-ci ilin yayına qədər müqavilə bağlayıb.
Qeyd edək ki, Lukas Vaskes "Real"ın yetirməsidir. İspaniya millisinin sabiq üzvü ötən mövsüm "kral klubu"nun heyətində 53 rəsmi görüşdə iştirak edib, 2 qol vurub və 8 assist təmin edib.