Lukman "Atalanta"dan ayrılır?
"Atalanta"nın nigeryalı futbolçusu Ademula Lukman mövsümün sonunda komandasını dəyişəcək.
Sportline.az "Tutto mercato"ya istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Nyukasl" Lukmanı transfer etmək üçün yarışa girib.
İtaliya klubu 27 yaşlı futbolçu üçün 50 milyon avro tələb edir.
Qeyd edək ki, Lukmanın "Atalanta" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
O bu mövsüm çıxış etdiyi 32 matçda 18 qol və 7 məhsuldar ötürmə müəllifi olub.