Lukman "Atalanta"nı tərk edir

"Atalanta"nın nigeryalı futbolçusu Ademula Lukman mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az jurnalist Saşa Tavolierinin məlumatına istinadən xəbər verir ki, Lukman İtaliyadan ayrılmaq qərarına gəlib.

27 yaşlı futbolçunun hazır ki dəyəri 55 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Lukman cari mövsüm çıxış etdiyi 29 oyunda rəqib qapılarından 17 top keçirib.