Lukman karyerasını İngiltərədə davam etdirəcək
"Atalanta"nın nigeryalı futbolçusu Ademula Lukman klubdan ayrılmağa yaxındır.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Çelsi" və "Arsenal" Lukmanın xidmətində maraqlıdır.
Berqamo klubu 27 yaşlı hücumçu üçün 60 milyon avro tələb edir.
Qeyd edək ki, A.Lukman bu mövsün çıxış etdiyi 31 matçda 18 qol və 7 asistlə yadda qalıb.
Onun "Atalanta" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.