Luyis Skelli “Çelsi”yə keçə bilər
“Arsenal”ın sol cinah müdafiəçisi Mayls Luyis-Skelli “Çelsi”nin maraq dairəsindədir.
Sportline.az jurnalist Mark Brusun məlumatına istinadən xəbər verir ki, “zadəganlar” yanvar ayında “Arsenal”a rəsmi təklif göndərəcək.
19 yaşlı futbolçunun dəyəri “Transfermarkt” portalına görə, 45 milyon avrodur.
Qeyd edək ki, İngiltərə millisinin üzvü bu mövsüm 15 rəsmi matçda iştirak edib və aktivində 3 məhsuldar ötürmə var.