"Macarıstana qarşı layiqli mübarizə aparmağa çalışacağıq"

"Macarıstana qarşı layiqli mübarizə aparmağa çalışacağıq".

Sportline.az xəbər verir ki, bunu Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə Macarıstan yığmasına qarşı keçirəcəkləri yoxlama görüşündən əvvəl mətbuat konfransında deyib.

"Qarabağ"ın futbolçusu qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib:

"Rəqib güclü komandadır. Onlara qarşı layiqli mübarizə aparmağa çalışacağıq. Bakıda oynadığımıza görə şansları 50/50 hesab edirəm. Əlimizdən gələni edəcəyik ki, baş məşqçi Fernandu Santuşun tapşırıqlarını yerinə yetirək".

Qeyd edək ki, Azərbaycan - Macarıstan oyunu sabah "Liv Bona Dea Arena"da, saat 20:00-da start götürəcək.