Madrid ağ rəngə büründü - “Real” “Atletiko”nu məğlub etdi
İspaniya La Liqasının 29-cu turunun mərkəzi matçı Madrid derbisi ilə əlamətdar olub.
Sportline.az xəbər verir ki, "Real Madrid" "Santiaqo Bernabeu" stadionunda "Atletiko Madrid"lə qarşılaşıb. Görüş "los blankos"un qələbəsi ilə nəticələnib.
"Real Madrid" 3-2 "Atletiko Madrid"
Qollar: Ademula Lukman, 33, Vinisius Junior, 52, 72, Federiko Valverde, 55, Nahuel Molina, 66
Qeyd edək ki, "Real Madrid" 69 xalla 2-ci pillədə yer alır. "Atletiko Madrid" 57 xalla 4-cüdür.