Madueke "Çelsi"dən ayrılır?

"Çelsi"nin ingiltərəli futbolçusu Noni Madueke karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportline.az "Todo Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Milan" Madueke ilə yaxından maraqlanır.

İtaliya klubu 23 yaşlı vinger üçün 40 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Madueke cari mövsüm çıxış etdiyi 28 matçda 8 qol və 4 məhsuldar ötürmə müəllifi olub.