Mahir Emreli: "Etimadı doğrultmaq üçün səbirsizlənirəm"
Almaniya təmsilçisi "Kayzerslautern"ə transfer olunan Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni klubunda çatmaq istədiyi hədəflərinin olduğunu bildirib.
Sportline.az xəbər verir ki, 27 yaşlı futbolçu bu barədə klubun rəsmi saytına açıqlama verib.
"Kayzerslautern" böyük kollektivdir. Almaniyada karyerama başlamazdan əvvəl bu komandanı tanıyırdım. Ötən mövsüm "Nürnberq"in heyətində çıxış edərkən "Kayzerslautern"in stadionunun atmosferi və azarkeşləri ağlımda qalmışdı. Mənə güvənən hər kəsə təşəkkür edirəm. Etimadı doğrultmaq üçün səbirsizlənirəm. Hədəflərimizə çatmaq üçün əlimdən gələni edəcəyəm", - M.Emreli deyib.
Qeyd edək ki, Mahir Emreli bu gün "Kayzerslautern" klubu ilə 3 illik müqavilə bağlayıb.