Mahir Emreli gözlənilən siyahıda

Polşanın “Legiya” klubu Çempionlar Liqasının I təsnifat mərhələsində Norveç “Bude-Qlimt”inə qarşı keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Sportline.az xəbər verir ki, Varşava təmsilçisinin üzvü Mahir Emreli də Çempionlar Liqasının oyunları üçün sifariş olunub.

“Legiya” ÇL matçı üçün Mahirlə yanaşı, daha 4 hücumçu sifariş edib. Bunlar Tomaş Pekhart, Ernest Muçi, Rafa Lopes, Lukinyasdır.

“Legiya” “Bude-Qlimt”lə ilk matçını iyulun 7-də səfərdə keçirəcək. Komandalar arasında cavab oyunu iyulun 14-də Polşada olacaq.