Mahir Emreli: "Mövzu Vətəndirsə..."

"Qarabağ" klubunun futbolçusu Mahir Emreli, "Düdelanj"la keçirilən oyun zamanı baş verən erməni təxribatına münasibət bildirib. Sportline.az xəbər verir ki, o, instaqram səhifəsi vasitəsilə hadisəyə öz mövqeyini ortaya qoyub.

22 yaşlı oyunçu paylaşımında bunları yazıb: "Mövzu Vətəndirsə, gerisi təfərrüatdır. Qarabağ Azərbaycanındır". Onun bu paylaşımını bəyənənlər arasında "Qarabağ"ın sabiq polşalı oyunçusu Yakub Jezniçak, hazırda "Neftçi"də çıxış edən seneqallı müdafiəçi Mamadu Mbodj da olub.

Qeyd edək ki, "Qarabağ"ın 4:1 hesabı ilə qalib gəldiyi görüşün 31-ci dəqiqəsində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla meydanın məkəzinə gətirilmiş və bu üzdən oyun 20 dəqiqədən çox dayandırılmışdı.