Mahir Emrelidən inanılmaz performans: İlk oyunda het-trik
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sının heyətində ilk oyununa çıxıb.
Sportline.az xəbər verir ki, 24 yaşlı hücumçu Avstriya Regional Liqasında çıxış edən "Bişofshofen"i ilə yoxlama matçının start heyətində yer alıb. O, ilk yarıda 3:0 hesabı ilə qalib gələn Varşava komandasının hər üç qolunun müəllifi olub. Emreli 6-cı, 22-ci və 36-cı dəqiqələrdə fərqlənib.
"Legiya" 5:0 hesabı ilə qalib gəlib. Emreli 60-cı dəqiqədə əvəzlənib.