Mahir Emrelidən maraqlı paylaşım
"Qarabağ"ın futbolçusu Mahir Emreli Premyer Liqanın 15-ci turunda "Səbail"lə oyunda, qələbə qolunun müəllifi olub.
Sportline.az xəbər verir ki, 22 yaşlı hücumçukomandanın kapitanı Rəşad Sadıqovla qol sevincini bölüşdüyü fotonu sosial şəbəkə hesabında paylaşıb və bu sözləri qeyd edib: "Beynimizdə nəsihətlərin, kürəyimizdə əlin olduqdan sonra bizə zaval yoxdur, böyük kapitan!"
Qeyd edək ki, Mahir bu mövsüm bütün turnirləri nəzərə almaqla 26 oyuna 8 qol vurub, 6 qolun ötürməsini edib.
