Mahir Emrelinin "Legiya"da uğurlu debütü
Milli komandamızın hücumçusu Mahir Emreli Polşanın "Legiya" komandasında debüt edib.
Sportline.az xəbər verir ki, o, Avstriyanın 3-cü liqa təmsilçisi "Bisşofşofen"lə yoxlama görüşündə meydana çıxıb. Emreli komandasının 5:0 hesabı ilə qələbə qazandığı oyunda rəqib qapısına 3 qol vurub.