Mahmudov ehtiyatda qaldı, "Boavişta" heç-heçə etdi
Portuqaliya Premyer Liqasında növbəti turun görüşləri davam edir.
SportLine.az xəbər verir ki, Azərbaycan millisinin üzvləri - Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" bu tur səfərdə "Çaves"lə üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
K.Ağayev cəza səbəbilə bu dəfə də komandasına kömək edə bilməyib. E.Mahmudov isə matçı ehtiyatdan izləyib.
Qeyd edək ki, 20 turdan sonra 25 xalı olan “Boavişta” 10-cu pillədə qərarlaşıb.