Mahmudov rəmzi "onbirlik"də

Portuqaliya çempionatının  15-ci turunun rəmzi "onbirliyi” açıqlanıb. Sportline.az xəbər verir ki, portəgiz həmkarlarımızın tərtib etdiyi heyətdə millimizin yarımmüdafiəçi Emin Mahmudov da yer alıb.

Xatırladaq ki, bu tur səfərdə "Nasyonal"ı 2-0 hesabı ilə üstələyən “Boavişta”nın qələbəsində hesabı açan Mahmudovun xüsusi payı var.