Makkenni "Yuventus"la yeni müqavilə imzaladı

"Yuventus" Veston Makkenni ilə yeni müqavilə bağlayıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, amerikalı futbolçu klubla 2030-cu ilin yayına qədər yeni sözləşmə imzalayıb.

27 yaşlı yarımmüdafiəçi 2023-cü ildən "Yuventus"da çıxış edir.

Qeyd edək ki, V.Makkenni cari mövsüm meydana çıxdığı 38 matçda rəqib qapılarından 8 top keçirib.