Maktominey İngiltərəyə qayıdır?

“Tottenhem” Skott Maktominayı transfer etmək istəyir.

Sportline.az xəbər verir ki, “Tottenhem” qış transfer pəncərəsində “Napoli”nin yarımmüdafiəçisi Skott Maktominayı heyətinə qatmağı planlaşdırır.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Məlumata görə, şotland futbolçu Premyer Liqaya qayıtmağa müsbət yanaşır və bu keçidə açıqdır.

London təmsilçisi Maktominayı orta sahəni gücləndirmək üçün əsas namizədlərdən biri kimi görür.