Maktominey "Napoli"də qalacaq
"Napoli" Skott Maktomineylə yeni müqavilə imzalamaq niyyətindədir.
Sportline.az xəbər verir ki, bu haqda "Sky Sports İtalia" məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçinin klubla hazırki sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, S.Maktominey cari mövsüm meydana çıxdığı 34 matçda 10 qol, 4 asistlə yadda qalıb.