Maktominey "Napoli"dən ayrılır?

"Napoli"nin ulduzu Skott Maktominey yayda klubdan ayrıla bilər.

Sportline.az insayder Fabrizio Romanonun məlumatına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubları şotlandiyalı futbolçunu heyətinə qatmaq istəyir.

29 yaşlı futbolçunun transfer qiyməti 60 milyon avrodur.

Qeyd edək ki, S.Maktominey cari mövsüm meydana çıxdığı 36 matçda 11 qol, 4 asistlə yadda qalıb.