Maktominey yenidən İngiltərədə çıxış edə bilər

"Mançester Yunayted"in sabiq futbolçusu Skot Maktominey karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "The Sun Football" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti" Skot Maktomineyi transfer etmək üçün "Napoli" ilə danışıqlara başlayıb.

28 yaşlı yarımmüdafiəçinin İtaliya klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Maktomineyin hazırkı dəyəri "Transfermarkt" portalına görə, 40 milyon avrodur.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 36 matçda 12 qol 4 məhsuldar ötürmə müəllifi olub.