Malo Qustonu İtaliya nəhəngi transfer etmək istəyir

"Çelsi"nin sağ cinah müdafiəçisi Malo Qusto karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportline.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Yuventus" 22 yaşlı futbolçunun xidmətində maraqlıdır.

M.Qustonun transfer qiyməti 40 milyon avrodur.

Qeyd edək ki, Turin klubu bu məbləği "Çelsi"yə ödəməyə hazırdır.