Mançester klubları Tonalini istəyir
"Nyukasl"ın futbolçusu Sandro Tonali yayda klubdan ayrıla bilər.
Sportline.az xəbər verir ki, "Mançester Yunayted" və "Mançester Siti" italiyalı yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir.
Bu haqda "Corriere della Sera" nəşri məlumat yayıb.
Qeyd edək ki, S.Tonali cari mövsüm meydana çıxdığı 53 matçda 3 qol, 7 asistlə yadda qalıb.