“Mançester Siti” – “Borussiya Dortmund”: Heyətlərdəki son durum

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, “Mançester Siti” “Etihad Stedyum”da “Borussiya Dortmund”la üz-üzə gələcək.

Heyətlərə nəzər saldıqda meydan sahiblərində yeganə itki Mateo Kovaçiçin adı ilə bağlıdır.

“Borussiya Dortmund” isə bu oyuna optimal heyətlə çıxacağı gözlənilir.

Qeyd edək ki, “Mançester Siti” – “Borussiya Dortmund” qarşılaşması bu gün Bakı vaxtı ilə saat gecə yarısı 12-də başlanacaq.