"Mançester Siti" "Brayton"la matça itkilərlə çıxacaq

İngiltərə Premyer Liqasında bu gün 29-cu tura start veriləcək.

Sportline.az xəbər verir ki, son çempion "Mançester Siti" "Etihad Stadium"da "Brayton"la qarşılaşacaq.

Heyətlərə nəzər saldıqda "Mançester Siti"də əsas itki Con Stounz, Manuel Akanji, Nathan Ake və Rodrinin adı ilə bağlıdır.

"Brayton"da isə Ceyson Steele, Ferdi Kadıoğlu, İqor, Joel Veltman, Luyis Dank, Ceyms Milner və Metyü Orayli iştirak ərzəsində yer almayıb.

Qeyd edək ki, start fiti 19:00-da səslənəcək oyunu Simon Huper idarə edəcək.