"Mançester Siti" bu futbolçuya görə 100 milyon avro ödəyəcək

"Mançester Siti" "Real Madrid"in türkiyəli futbolçusu Arda Güleri heyətinə qatmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Fichajes" nəşri məlumat yayıb.

"Şəhərlilər" bu keçid üçün qarşı tərəfə 100 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Arda Güler bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 22 oyunda 4 qol, 8 asist müəllifi olub.