“Mançester Siti” bu futbolçuya görə 275 milyon avro ödəməyə hazırdır
“Mançester Siti” “Barselona”nın ispaniyalı futbolçusu Lamin Yamalı transfer etmək istəyir.
Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu Yamal üçün “Barselona”ya 275 milyon avro ödəməyə hazırdır.
17 yaşlı futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Yamal bu mövsüm çıxış etdiyi 42 matçda 13 qol və 19 asistlə yadda qalıb.