"Mançester Siti" "Çelsi"nin futbolçusu üçün 105 milyon avro ödəməyə hazırdır
"Mançester Siti" "Çelsi"nin brazilyalı futbolçusu Estevaonu transfer etmək üçün hərəkətə keçib.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "şəhərlilər" bu keçid üçün qarşı tərəfə 105 milyon avro ödəməyə hazırdır.
18 yaşlı sağ cinah vingerinin London klubu ilə sözləşməsi 2033-cü ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Estevao karyerası ərzində çıxış etdiyi 57 matçda 17 qol, 6 asistlə yadda qalıb.