"Mançester Siti" Elliot transferində israrlıdır

"Mançester Siti" Elliot Andersonu heyətinə qatmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçinin meneceri "Mançester Siti" ilə təmas halındadır.

Qeyd edək ki, E.Anderson cari mövsüm meydana çıxdığı 37 matçda 2 qol, 3 asistlə yadda qalıb.