“Mançester Siti” “Enfild”də “Liverpul”u məğlub etdi
İngiltərə Premyer Liqasının 25-ci turunda mərkəzi qarşılaşma baş tutub.
Sportline.az xəbər verir ki, "Liverpul" doğma "Enfield" stadionunda "Mançester Siti"ni qəbul edib. Gərgin mübarizə qonaqların 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.
Hesabı 74-cü dəqiqədə Dominik Soboslay açıb və "mersisaydlılar"ı önə keçirib. Lakin "şəhərlilər" təslim olmayıb. 84-cü dəqiqədə Bernardo Silva tarazlığı bərpa edib.
Matçın taleyi isə uzatma dəqiqələrində həll olunub. 90+3-cü dəqiqədə norveçli ulduz Erlinq Haaland penaltini dəqiq yerinə yetirərək komandasına qələbə qazandırıb.
Qeyd edək ki, oyun uzatma dəqiqələri ilə birgə 105 dəqiqə çəkib.
Bu qələbədən sonra xallarını 50-yə çatdıran "Mançester Siti" turnir cədvəlində 2-ci pillədəki yerini möhkəmlədib. 39 xalı olan "Liverpul" isə 6-cı yerdə qalıb.