"Mançester Siti"ni "Everton"a dəyişə bilər

"Mançester Siti"nin ingiltərəli futbolçusu Kalvin Filips karyerasını "Everton"da davam etdirə bilər.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu yanvar ayında "Mançester Siti"yə rəsmi təklif göndərəcək.

29 yaşlı yarımmüdafiəçinin dəyəri 12 milyon avrodur.

Qeyd edək ki, K.Filips ötən mövsümü "İpsviç"də icarə əsasında keçirib.