"Mançester Siti" Fodenlə bağlı qərar verib

"Mançester Siti" ingiltərəli futbolçusu Fil Fodenlə yola davam etmək qərarına gəlib.

Sportline.az jurnalist Cek Qaunqanın məlumatına istinadən xəbər verir ki, "şəhərlilər" 25 yaşlı sağ cinah vingerinə yeni müqavilə təklif edib.

Fil Fodenin meneceri gələn həftə Mançester klubunun rəhbərliyi ilə görüşəcək.

Qeyd edək ki, sözügedən oyunçu klubda qalmaq niyyətindədir.