"Mançester Siti" Fodenlə yola davam edəcək
"Mançester Siti" ingiltərəli futbolçusu Fil Fodenlə yola davam edəcək.
Sportline.az xəbər verir ki, İngiltərə klubu 25 yaşlı sağ cinah vingerinə yeni müqavilə təklif edib.
Bu haqda jurnalist Qreymi Beyli məlumat yayıb.
Qeyd edək ki, F.Foden cari mövsüm çıxış etdiyi 22 matçda 11 qol, 4 asistlə yadda qalıb.