"Mançester Siti" futbolçusu ilə ömürlük müqavilə bağlamaq istəyir

"Mançester Siti" futbolçusu Fil Fodenlə ömürlük müqavilə bağlamağı planlaşdırır.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "şəhərlilər" 25 yaşlı oyunçunun meneceri ilə danışıqlara başlayıb.

Fodenin klubla hazırki sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, İngiltərə millisinin üzvü bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 22 matçda 11 qol, 4 asistlə yadda qalıb.