"Mançester Siti" futbolçusunu Almaniya klubuna satacaq
"Mançester Siti" ingiltərəli futbolçusu Ceyms Makate ilə yollarını ayırmağa hazırlaşır.
Sportline.az "Telegraph" nəşrinə istinadən xəbər verir ki, "Ayntraxt" Makate üçün 35 milyon avro ödəməyə hazırdır.
22 yaşlı yarımmüdafiəçi daha çox oynaya biləcəyi kluba transfer olmaq istəyir. Bu səbəbdən Almaniya klubunun təklifinə müsbət cavab verib.
Qeyd edək ki, "Mançester Siti"də Makatenin gedişinə etiraz etmir. Hər iki klub arasında danışıqlar davam edir.