“Mançester Siti” Gehi transferində israrlıdır
“Mançester Siti” “Kristal Pelas”ın mərkəz müdafiəçisi Mark Gehini transfer etməkdə israrlıdır.
Sportline.az “The Times” nəşrinə istinadən xəbər verir ki, “şəhərlilər” yayda 25 yaşlı oyunçunu azad agent kimi heyətinə qatmağı düşünür.
M.Gehi bu transferə yaşıl ışıq yandırıb.
Qeyd edək ki, İngiltərə millisinin üzvü “Kristal Pelas”la yeni müqavilə imzalamaq niyyətində deyil.